Müğənni-bəstəkar Emin “RuTV” tərəfindən keçirilən “Qırmızı xalçanın ən zövqlü məşhuru” yarışmasının finalına qalıb.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, IV Rusiya Musiqi Mükafatı gecəsinin ən zövqlü iki kişi müğənnisi Sergey Lazarev və Emin Ağalarov olub.
İki məşhur arasında gedən mübarizə bu həftə sona çatacaq. Sosial şəbəkədə aparılan sorğu zamanı iştirakçıların əksəriyyəti Eminin adını yazıb.
