Azərbaycan nümayəndəsi “Eurovision-2016”nın birinci yarımfinalında çıxış edəcək, Oxu.Az Stokholmdakı püşkatmanın nəticələrinə istinadən xəbər verir.
Birinci yarımfinal may ayının 10-a, ikinci mayın 12-ə, final isə may ayının 14-ə planlaşdırılıb.
Azərbaycanlı ifaçı ilə bərabər “Qloben” arenasının səhnəsinə Xorvatiya, Finlandiya, Moldova, Ermənistan, Yunanıstan, Macarıstan, Niderland, San-Marino, Rusiya, Kipr, Malta, Bosniya və Herseqovina, Estoniya, Çexiya, Monteneqro, İslandiya və Avstriyadan olan iştirakçılar da çıxacaq.