“Eurovision - 2016” mahnı müsabiqəsinin qalibi Camala (Susanna Camaladdinova) ailə həyatı qurub.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, 33 yaşlı müğənni Krım tatarlarının hüquqlarının fəal müdafiəçisi 25 yaşlı Bəkir Süleymanovla nikah bağlayıb.
Toy mərasimi Kiyevin İslam Mədəniyyət Mərkəzində Krım-tatar ənənələrinə uyğun təşkil edilib.
Camala adıçəkilən müsabiqədə Krım tatarlarının deportasiyasına həsr olunmuş “1944” adlı mahnını ifa etməklə qalib olub. Bəstənin müəllifi ifaçı özüdür.
Aytən Sadıqzadə
www.oxu.az