“Star TV”-də yayımlanan “Zuhal Topalla” evlilik verilişinin azərbaycanlı iştirakçılarlı Naz Mila ilə Əli Əkbər arasında canlı yayımda mübahisə yaşanıb.
Oxu.Az xəbər verir ki, Əlinin ona namizəd olan xanımla görüşmək istəməsi Nazı əsəbiləşdirib. Naz neçə həftədir heç bir namizədini qəbul etmədiyini, Əlidən ikinci şans istədiyini dilə gətirərək bundan sonra verilişdə ona elçi düşən bəylərlə görüşəcəyini bəyan edib.
Əli isə Naz Mila barəsində “Sənin üçün etdiklərimə layiq deyilsən. Yaxşı ki, səndən ayrıldım” deyib.
A.S.
www.oxu.az