“Əziz dostlar! Bu yaxınlarda həyatımda daha bir ilk baş verdi”!
Oxu.Az-ın məlumatına görə, bu sözlər ilk dəfə kitab redaktoru olmuş xalq artisti Faiq Ağayevə məxsusdur.
Yüksək intelektual səviyyəsi, diplomatik danışıq qabiliyyətilə həmkarlarından seçilən ifaçı bu kəlmələrlə sevincini bölüşüb.
“Sevimli Nərminə Məmmədzadənin yazdığı “Sedmaya kukla Doura” (Седьмая_кукла_Доура) adlı romanının bədii redaktoru oldum. Çox maraqlı kitabdır, mütləq oxuyun!” – deyə xalq artisti, hər kəsə redaktoru olduğu kitabı oxumağı tövsiyyə edib.
Z.Q.
www.oxu.az