Gün.Az həmin müsahibəni təqdim edir:
- Sizi yarışmada ikinci yeri qazanmağınız münasibəti ilə təbrik edirik.
- Çox sağ olun. Sevinirəm ki, artıq Vətənimdəyəm. Əsas da ona sevinirəm ki, nəticə oldu - uğur qazana bildik. Bütün Azərbaycan xalqına mənə göstərilən dəstəyə görə təşəkkürümü bildirirəm.
- Televiziya şərhçilərinin fikrinə görə, birinci yeri məhz siz tutmusuz. Buna münsaibətiniz necədi?
- Yarışmada favorit ifaçılar arasında idik. Buna da çox sevinirdik. Bu, çox gözəl bir hal idi. İkincilik əldə etməyimiz də məncə, gözəl bir nəticədir. İki ayın zəhməti olaraq ikinciliyi qazandıq. Gündəlik məşqlərimiz öz bəhrəsini verdi. İnşallah, gələcəkdə yenə birinci olarıq.
- Təəssüf hissi keçirmədiz ki, kaş, bu yarışmanın birincisi olardız və gələn il müsabiqə yenə Azərbaycana gələrdi?
- Təbii ki, istəyərdim belə olsun. Amma Allah tərəfdən belə məsləhət görülüb. Mən ikinci olmuşam. Hər bir şeyə görə Allaha şükür eləmək lazımdı. Ona görə də çıxışımız çox yaxşı alındı.
- Sizə əməkdaşlıqla bağlı xarici şirkətlərdən təklif gəldi?
- Təkliflər çox oldu. Amma hələ ki, qərar verməmişəm. Bu haqda düşünürəm.
- Danimarka təmsilçisinin çıxışı haqda nə deyə bilərsiz? Bir çoxları iddia edir ki, ifaçı plagiat mahnı oxuyub.
- Qoy, qaliblə bağlı fikirlərim özümdə qalsın. Mənim xoşuma gələn mahnılardan biri İsveç təmsilçisinin mahnısı idi. O, ümumiyyətlə, 10-luğa girmədi. Orada yaxşı mahnılar vardı ki, 10-luğa girməmişdi.
Olur, “Eurovision”dur. Amma çox şükür ki, bizim nömrəmiz yaxşı alındı. Çünki biz onlardan daha da yaxşı hazırlaşmışdıq.
- Sizcə, müsabiqə şəffaf keçirildi?
- Məncə, yarışma sağlam ruhda keçdi. Bizim özümüzdən götürsək, hər il yaxşı çıxışlarımız olur. Hər il də 10-luqda oluruq. Bu da ondan xəbər verir ki, yarışma şəffaf keçirilir. Həm də mahnı və şounun da gərək ki, vaxtını və məqamını tutmaq da əsasdır.
- Nəyə görə aeroportda sizə qarşılanma mərasimi təşkil olunmadı?
- Mən özüm Bakıya- Vətənimə qayıtmağımı heç kəsə demədim. Səhər saat 5-də camaatı ora toplamaq istəmirdim. İnsanların yuxusunu haram etmək istəmədim.
Həm də özümüz-komanda çox yorğun olduğuna görə belə qərar verdim. Onsuz da mən artıq vətənimdəyəm, buna görə çox sevinrəm. Məni qarşılayanlar isə ancaq mənə yaxın və doğma olan insanlar –dostlarım idi.
Deyilənlər də yanlışdı, yalandı. Təəssüflər olsun ki, belə bir şayiə yayıblar.
- Gələcək planlarınız?
- Yeni mahnılar, konsertlər olacaq. Maraqlı layihələr fikirləşirik.
www.gun.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin