Rusmənşəli fransalı aktrisa və müğənni Marina Vladi 88 yaşında vəfat edib.
Oxu.Az bildirir ki, bu barədə AFP agentliyi sənətçinin ailəsinə istinadən xəbər verib.
Marina Vladi (əsl adı Yekaterina-Marina Polyakova-Baydarova) 1938-ci ildə Fransada anadan olub.
O, ilk rolunu 10 yaşında Jan Gerenin "Yay fırtınası" (1949) filmində alıb. Vladi "Cadugər" və "Ana arı" filmlərindəki rolları ilə məşhurlaşıb.
1970-ci ildən 1980-ci ilədək Vladi şair, aktyor və müğənni Vladimir Vısotski ilə nikahda olub.
