Müğənni Günay İbrahimli ARB TV-də yayımlanan “Gəlin danışaq” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, proqramda ailəsi və yerli şou-biznesdən danışan ifaçı bu sahəyə gəldiyi üçün dayılarının ondan küsülü olduğunu deyib.
“Müğənni olduğum üçün dayılarım bunu valideynlərimə irad tuturdular. Buna görə 9 ildir dayılarım ilə küsülüyəm. Hətta bir dayımın övladlarını tanımıram. Gediş-gəlişimiz yoxdur”.
A.S.