Müğənni Günay İbrahimlinin avtomobilinin şüşələrini sındırıblar.

Oxu.Az xəbər verir ki, ifaçı bu haqda ATV-də yayımlanan “10-dan sonra” verilişində məlumat verib:

“Pul qabımı, sənədlərimi, kredit kartlarımı götürməmişdilər. Yalnız mənlə gələn dostumun çantasını oğurlamışdılar. Bunu maddi vəziyyəti çətin, pula ehtiyacı olan adam edə bilər. Əslində, həmişə səni yaxından tanıyan, əhatəndə olan adam belə işləri görür. Ola bilər ki, mənə qarşı təxribat idi. Hadisənin üstünə düşmədim. Əgər sənədlərim, pul qabım yerində olmasaydı, polisə şikayət edərdim”.
