Azərbaycanlı model Günay Musayeva və həyat yoldaşı, aktyor Tolqa Karel əyləncə məkanlarının birindən çıxarkən görüntülənib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, içkinin təsirindən ayaqüstə dayanmağa çətinlik çəkən aktyor maço kimi rəftarı ilə həyat yoldaşını təəccübləndirib.
“Bizdə qadın boşanmaz” deyən Karel çıxışda həyat yoldaşını arxada qoyaraq ondan öndə hərəkət edib. Daha sonra o, davranışlarına “Hər zaman qadın arxada, kişi ondan bir addım öndə olmalıdır. Bizdə belədir”, - deyə şərh verib.
İçkili şəkildə yola çıxan Karel, avtomobilinə minmədən əvvəl yol polisləri ilə zarafatlaşıb.
Daha sonra həyat yoldaşı ilə birgə avtomobilinə minərək həmin məkandan uzaqlaşıb.
Aytən Sadıqzadə
www.oxu.az