“Mavi göl” filmi ilə tanınan amerikalı aktyor Kristofer Atkins Türkiyəyə gedib.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, üz əməliyyatı etdirmək üçün qardaş ölkəyə yollanan aktyor azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı Tolqa Karellə də görüşüb. Mehriban münasibətləri ilə diqqət çəkən həmkarlar bir-birlərinin ünvanına təriflər yağdırıblar.
Kristofer “Tolqanın üz quruluşu avropalılara bənzəyir. Hollivudun diqqətini çəkə bilər. Gələcəkdə səninlə eyni filmdə rol almaqdan qürur duyaram” deyib.
