“Möhtəşəm Maşın”dan ayrılan Günel Hümbətova orada yaşananlar barədə yazı paylaşıb.
Oxu.Az xəbər verir ki, aparıcı “instagram” səhifəsində müğənni Samirlə, DJ Çinanın maşını udmasına layiq olduqlarını qeyd edib.
Günel Hümbətova aparıcı Aydan Axundovanı ittiham edib.
“Ay camaat, yadınızdadırsa, mən demişdim ki, maşını olmayanlar udsun. Yəni Aydan və Vüqar. Amma Aydana yaxşılıq yoxdu! Bu sözü deməyimə peşman etdi məni. Məni satdı 3 dəfə! O, maşını əldə etməyə layiq deyil. Vüqara qalması üçün səs verin. Amma istəyirəm maşını Samir və ya Çina udsun”.

Aytən Sadıqzadə
www.oxu.az