Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İki nəfər “Xəzər”dən getdi
“Xəzər” TV-nin proqramlar departamentinin rəhbəri Kənan Bayramov və “Xəzər” FM-in direktoru Nəsib Nur işindən ayrılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu gün keçirilən iclas zamanı onlar işdən ayrılacaqlarını bildirib.
Nəsib Nur saytımıza açıqlama verərək xəbəri təsdiqləyib.
Bildirilir ki, Kənan Bayramovun işdən ayrılmasına səbəb onun təşkilatçılıq işlərinin daha çox olmasıdır. Bundan başqa, Sıla və Murat Boz kimi məşhurları yaxın günlərdə Bakıya gətirməyi planlaşdıran Bayramov vəzifəyə keçəndən sonra konsertlər təşkil etmirdi.
Qeyd edək ki, Kənan Bayramov və Nəsib Nurun işdən ayrılma xəbərini ilk dəfə axsam.az saytı yayıb.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər