İradə Zeynalova NTV telekanalında “Həftənin icmalı” verilişinin aparıcısı olacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Lenta.ru-ya telekanalın mətbuat xidmətindən məlumat verilib.
“Ümid edirəm ki, “Həftənin icmalı” verilişində müəllifin rolu daha çox olacaq, faktlar “quru” təqdim edilməyəcək”, - aparıcı yeni verilişini şərh edərkən deyib.
Zeynalovanın sözlərinə görə, o adi mövzularda qeyri-adi dönüş etməyə çalışacaq və “gözlənilən və mütləq baş vərəcək” hadisələrdən danışacaq.
Qeyd edək ki, İradə Zeynalova əslən azərbaycanlı olan Rusiya teleaparıcısıdır. 2012-ci ildən 2016-cı ilin iyuluna qədər “Birinci kanal”da “Vremya” (“Zaman”) verilişinin bazar günləri efirə çıxan buraxılışının aparıcısı olub.
S.B.
www.oxu.az