Oxu.Az İsraildə yaşayan Azərbaycan əsilli müğənni Ella Daniel ilə müsahibəni təqdim edir:
- Bildiyim qədərilə siz əslən azərbaycanlısınız və əldə etdiyim məlumata görə, əslində, ad və soyadınız Fidan Bakıxanovadır. Uzun müddətdir İsraildə yaşayırsınız və “Rising Star İsrael - 2016” müsabiqəsinin finala yüksələn iştirakçılarından biri olmusunuz. Söylədiklərim haqda oxucularımıza daha ətraflı məlumat verməyinizi xahiş edirəm.

- Bəli, mənim əsl adım Fidan Bakıxanovadır. Azərbaycanca olan adımı sevirəm və onu indiki adıma əlavə etməyi planlaşdırıram, yəni Ella Fidan Daniel. Təxminən bir il bundan öncə “Rising star” (“Yeni ulduz”) şousuna qatıldım. Mənim üçün çox maraqlı oldu. Həm yeni insanlarla tanış oldum, həm də təcrübə qazandım. Bu, artıq keçmişdə qaldı və indi mən televiziya şoularında iştirakımla yox, bəstələdiyim musiqi ilə yadda qalmaq və tanınmaqla məşğulam.
- Buradan azərbaycanlılara söyləmək istədiyiniz sözlər varmı?
- Soy-kökümü çox sevirəm, çünki biz fərqli insanlarıq. “Biz” deyirəm, çünki İsraildə böyüməyimə baxmayaraq, özümü Azərbaycan xalqının bir hissəsi kimi hiss edirəm, və ümid edirəm ki, həyat məni bir gün sizə yaxın edəcək.
Aytən Sadıqzadə, Natalya Sarıbəyova
www.oxu.az