Kanal rəhbəri olsaydım, əzilib-büzülən kişini qapıdan içəri buraxmazdım. Bu millətin damarına vurulan zəhərdir.
Oxu.Az xəbər verir ki, bunu məşhur şoumen Kamran Həsənli Publika.Az-a müsahibəsində “şou verilişlərin aparıcıların əksəriyyətinin qız kimi əzilib-büzülməsi”nə münasibət bildirərkən deyib.
“Başqa millətlərdə belə əzilib-büzülən kişi aparıcısı görmüsünüz? Yox. Əgər bu kişi aparıcıdırsa, ondan bir kişi aurası gəlməlidir. Qadındırsa, qadın incəliyi hiss olunmalıdır. Bugün 5 faizi qoyaq qırağa 95 faiz aparıcılar o gündədir”.
O, vaxtilə dediyi “kişi kişiylə öpüşməz” sözündən də danışıb:
“Mən heç vaxt kişi dostlarımla öpüşmürəm. Kişi kişiylə öpüşməz. Kişinin dodağı digər kişinin yanağına necə dəyə bilər. İranda, Türkiyədə belə biabırçılıqlar yoxdur. Bığlı-saqqallı kişisən, əl ver görüş də. Mən efirdən bu sözləri deyəndən sonra yolda çoxları üstümə düşdü ki, Kamran müəllim niyə öpüşməyək ki? Dedim, gedin nə qədər istəyirsiniz qucaqlaşın, öpüşün. Təsəvvür edin, Abbasqulu bəylə, Kərbəlayi öpüşür. Mən görüşəndə yalnız qızlarla öpüşürəm. Əgər icazə verərsə. Təbii ki, mən özümü atmaram onun üstünə”.