Rejissor Kənan M.M. “Gecə qonağı - 2” filmini təqdim edib.
Oxu.Az Axşam.az-a istinadla xəbər verir ki, ekran işində rejissorun oğlu Hüseyn də rol alıb.
Qala gecədə Hüseyn atasından qonorar aldığını bildirib: “Atama təşəkkür edirəm ki, mənə inanıb, filmə çəkib. Amma atamın 500 manat borcu var”.
“Söz danışıqdan keçər”, - deyən Kənan oğlunun pulunu kameraların qarşısında qaytarıb.

A.S.
www.oxu.az