Hustler-in sahibi Lari Flint Playboy-un əfsanəvi malikanəsini yüksək qiymətə almağa hazırdır.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Lariyə mane olan yeganə şey evin satılma şərtidir, daha dəqiq desək, malikanədə Hyu Hefnerin olmasıdır.

Xatırladaq ki, bir neçə həftə öncə Hyu Playboy evinin 200 milyon dollara satıldığını elan edib. Ekspertlər evin bazar qiymətinin 60 milyon olduğunu hesablayıblar, məbləğin qalan hissəsi əfsanə üçün ödənilir.

Hefnerin yeganə arzusu bu evin yatağında ölməkdir, ona görə də müqaviləyə əsasən əgər evin yeni sahibi evi muzeyə çevirmək istəsə, turistlər də malikanədə gəzərkən Hefnerin otağı qarşısından keçəcəklər.

Hustler komandası bu evin onlara uyğun gəldiyini hesablayıblar, amma onlara xoş olmayan yeganə şey, malikanədə keçmiş sahib olsa da yad bir adamın olmasıdır.

İndi Hyu evi 200 milyon dollara keçmiş düşməninə satmağı və həyatının qalan hissəsini yaşamaq üçün başqa evə köçməsi və yaxud da adi bir malikanə üçün bu məbləği verəcək başqa bir adamı gözləməsi məsələsini həll etməlidir.