Məşhur rusiyalı müğənni Svetlana Loboda ailə qurur.
Oxu.Az xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb.
Onun “Rammstein” rok qrupunun solisti Till Lindemanla nikah bağlayacağı deyilir. Müğənninin barmağında üzük olması isə yayılan şayiələri daha da alovlandırıb.
Bir neçə aydır ki, hamilə olan Loboda Lindemanla 2017-ci ildə Azərbaycana baş tutan “Jara” musiqi festivalı zamanı tanış olub.
Pərviz Hüseyn
www.oxu.az