Türkiyənin “Trendyol” şirkətinin sahibinin müğənni Hadisə haqqında “müqaviləyə zidd davranma” iddiası ilə açdığı məhkəmə prosesi ötən gün başa çatıb.

Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
2012-ci ildə adıçəkilən şirkətlə əməkdaşlıq edən ifaçı müqavilənin şərtlərinə görə bir il ərzində başqa brendlərlə çalışmamalı idi.

Lakin sənəddəki razılaşmaya əməl etməyən müğənni 250 min avro pul cəzası tələbi ilə şirkət sahibi tərəfindən məhkəməyə verilib.

Məhkəmədə “Trendyol”un xeyrinə qərar qəbul edilərək Hadisəyə 250 min avro pul cəzası kəsilib.
Aytən Sadıqzadə
www.oxu.az