Britaniyalı müğənni Qari Qlitter (əsl adı Pol Gedd) bir qıza qarşı seksual xarakterli cinayətlər törətməkdə ittiham olunduğu səkkiz epizod üzrə özünü təqsirli bilməyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, 82 yaşlı müğənni sentyabrın 2-də həbsxanadan videobağlantı vasitəsilə London məhkəməsinin iclasında iştirak edib.
İstintaqın versiyasına əsasən, cinayətlər 1978-1981-ci illərdə, zərərçəkmiş qızın 8-11 yaşlarında olduğu dövrdə törədilib. Geddə uşağa qarşı seksual zorakılıqla bağlı ümumilikdə səkkiz ittiham irəli sürülüb.
Məhkəmə iclasından sonra musiqiçi həbsdə saxlanılıb. Yeni ittihamlarla bağlı məhkəmə prosesinin gələn il keçirilməsi nəzərdə tutulur.