"When a Man Loves a Woman" (“Bir kişi bir qadını sevincə”) mahnısıyla sevilən "R&B" ifaçısı Percy Sledge həyatını itirib.
Oxu.Az xəbər verir ki, qaraciyər xərçəngi diaqnozu qoyulan və 2014-ci ildə əməliyyat keçirən amerikalı müğənni Sledge, Louisiana əyalətinin Baton Rouge şəhərində 74 yaşında vəfat edib.
1960-cı illərdə musiqiyə başlayan Sledge, "Take Time to Know Hər", "Warm and Tender Love" və "It Tears Me Up" kimi romantik mahnılarıyla tanınırkən "When a Man Loves a Woman" mahnısıyla kariyerasının zirvəsinə qalxıb.
Sledge 1987-ci ildə İngiltərədə "Ən yaxşı 10" sırasında yer alıb.
Onu zirvəyə qaldıran "When a Man Loves a Woman" mahnısının adı 1994-ci ildə Andy Garcia və Meg Ryanın oynadığı filmə verilib. Həmin məşhur mahnı 1990-cı illərin ən yaxşı filmlərindən olan "The Crying Game" də istifadə edilib.
Calvin Houston Lewis və Andrew James Wright tərəfindən yazılan və ilk dəfə Sledge-in söylədiyi "When a Man Loves a Woman" mahnısını daha sonra Ray Charles və Ceyms Brown kimi bir çox məşhurlar da ifa ediblər.
"Slow Soulun Kralı" olaraq tanınan müğənnin 12 övladı var.
Aytən Sadıqzadə