Tanınmış türkiyəli prodüser, keçmiş musiqiçi Erol Köse 61 yaşında dünyasını dəyişib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, sənətçi İstanbulda yaşadığı mənzilin 16-cı mərtəbəsindən yıxılaraq vəfat edib.
İstanbul Baş Prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.
Köse Türkiyədə "Comedy Dance Trio" qrupu ilə məşhurlaşıb. Qrup dağıldıqdan sonra o, karyerasına prodüser kimi davam edib.