Dekabrın 10-da “Miss & Mister Azerbaijan - 2017” Milli Gözəllik Müsabiqəsinin ikinci kastinqi baş tutub.
Oxu.Az bu barədə missazerbaijan.org-a istinadla xəbər verir.
Yarışmaya rəsmi şəkildə müraciət edən 174 nəfər arasından 99-u kastinqlərdə iştirak edib.
Nəticədə münsiflər heyəti tərəfindən seçilmiş 26 oğlan və 26 qız yarımfinala vəsiqə qazanıb.