ATV telekanalında canlı yayımlanan “Möhtəşəm maşın” şou davam edir.
Oxu.Az xəbər verir ki, iştirakçılar oyundan dicey Çinanı uzaqlaşdırmaq istəyiblər.
Səsvermənin nəticəsinə görə isə dicey Çina 67,53 faiz səs toplayaraq finala keçməyə şans qazanıb. O, anasına görə, oyunu öz istəyi ilə tərk etməyəcəyini söyləyib:
“Maşın” şou ikinci həyatdır. Burada ikinci sifətləri görmüşəm, ikinci həyat kitabımı oxumuşam. Bəlkə də belə kitab heç vaxt yazılmayıb, amma nə vaxtsa yazılacaq. Mən özüm getmək istədiyimi deyirdim. Amma düşündüm ki, anamın 14 günlük əziyyətini, tamaşaçıların 2 saatlıq zəhmətini yerə vura bilmərəm”.
O, oyundan jurnalist Vüqar Vüqarlını uzaqlaşdırmaq istədiyini söyləyib. İki gündür, səsverməyə çıxaraq qalib gələn V.Vüqarlı isə Çinanın bu addımını təəccüblə qarşılayıb.
Xatırladaq ki, 3 finalçı artıq məlumdur. Bunlar aparıcı Aydan Axundova, dicey Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğludur.
Aytən Sadıqzadə
www.oxu.az