Müğənnilər Elza Seyidcahan ilə Nadir Qafarzadə arasında qalmaqal yaranıb.
Oxu.Az xəbər verir ki, “ATV maqazin onlarla” verilişinə müsahibəsi zamanı E.Seyidcahanın özünü “sütül bəstəkar” adlandırması N.Qafarzadənin xoşuna gəlməyib.
“Elza, sən sütül deyil, süd maşınısan”,- deyə Nadir Qafarzadə həmkarına səslənib.
E.Seyidcahan isə qarşı tərəfə “Əgər mən olmasaydım, sən sənətdə olmazdın, səni səhnəyə ilk dəfə mən gətirmişəm” deyərək cavab verib.
A.S.
www.oxu.az