Yerli məşhurlar Qaraqan və Günelin “Möhtəşəm maşın”dakı dünənki çıxışına rəğbət qazandırdılar.
Rəqqasə Oksana Rəsulova sosial şəbəkədə, öz istəyi ilə proqramı tərk edən aparıcı Günel Hümbətovaya və repçi Qaraqana bunları yazıb:
“Bu gün “Maşın” şouda baş verənlər haqda çoxlu statuslar yazılıb, mən də fikrimi bildirmək istəyirəm. Ay balam, əgər sən kitab oxumamısansa, dünya görüşün sıfırdırsa, məntiqli sözlərə yanaşmırsansa, bunda ayrılarının günahı yoxdur, özünü günahlandır və cəzalandır. Axı soruşarlar nə vaxt axırıncı dəfə əlinə kitab götürmüsən, onu oxuyub, beynində müzakirə etmisən. Hansı kişiliyə və ya kişiyə yaraşar, kişi sözü verib nəyəsə görə sözündən dönmək? Mən belə kişiyə kişi demirəm! Oradakı qalan iştirakçıların (Vüqarla Çinanı nəzərdə tutmuram), heç biri o maşına layiq deyillər.
Mən sizin yerinizə utandım! Mirsalam Mirsalamov düz elədi ki, o şounu tərk etdi, ona görə yox ki, o orada qalsaydı nəsə pis şey baş verərdi, mən elə başa düşürəm ki, ayrı şeyi anladı və düz elədi! Amma yerdə qalanlar Günel və Qaraqanın getməyinə sevinsələr, hoppanıb düşsələr də, biz tamaşaçılar sizə gülürük. Siz elə bildiniz qalib oldunuz, qazandınız nəsə? Günel Hümbətova sən əsl kişi qızısan, Allah sənin atana rəhmət eləsin və anana can sağlığı versin ki, sənin kimi mərd və dürüst qız böyüdüblər, halaldı sənə əzizim. Qaraqan sənə ikiqat halaldır. Fəxr edirəm ki, sənin kimi mərd və vicdanlı oğlan var. O qədər saf və tərbiyəli insansan ki, başqalarının gözü səni götürmədi. Onlar belə deyil və olmayacaq. Sən heç kimə orada meymun demədin, biz gördük, eşitdik, anladıq, amma onlar başa düşmədi”.
Rejissor Kənan M.M. isə “instagram”da bunları yazıb:
“Tarix boyu belə olub, kişilər həmişə ya namərd qadın ya da “qadınfason kişiciklər” vasitəsilə vurulur. Sən orda qalsaydın Qaraqan olmazdın”.
Aytən Sadıqzadə
www.oxu.az