Rusiyanın “Birinci” kanalındakı “Səs. Uşaqlar” şousunun yeni aparıcısı Svetlana Zeynalova olub.
Oxu.Az Modern.az-a istinadən bildirir ki, tanınmış Azərbaycan əsilli televiziya aparıcısı İradə Zeynalovanın bacısı olan Svetlana bu verilişdə aktrisa Valeriya Lanskuyu əvəz edib.
Teleaparıcı Dmitri Naqievlə birlikdə gənc iştirakçıları səhnə arxasında qarşılayacaq və çıxışdan əvvəl onları cəsarətləndirəcək.
“Səs.Uşaqlar” şousunun yeni münsiflər heyəti müğənni Nyuşa, Valeri Meladze və Dima Bilandır.
A.S.
www.oxu.az