“Jara” festivalı çərçivəsində Bakıya gələn məşhur reper ST jurnalistlərlə söhbətləşib.
Oxu.Az xəbər verir ki, ifaçı azərbaycanlıların adət və ənənəsinə sadiq qalmağını çox sevdiyini bildirib:
“İlk dəfədir ki, Bakıyadam. Buradakı insanların adət-ənənələrini qoruyub-saxlamağı və ona sahib çıxmaqları, hər şeyə hörmətlə yanaşmaqları ən sevdiyim cəhətləridir”.
Qeyd edək ki, sənətçi ötən gün səhnədə üç dəfə çıxış edib.
O, sonda “Leninqrad” qrupu ilə tamaşaçıları coşdurub.
Pərviz Hüseyn
www.oxu.az