Aktrisa Pərvin Abıyeva “Instagram” səhifəsində mərhum rejissor Şahin Zəkizadənin çəkməyi planlaşdırdığı “Sevdiyim düşmən” serialının posterini paylaşıb.
Oxu.Az xəbər verir ki, P.Abıyeva ekran əsərinin çəkilişlərinə 4 il əvvəl başlanıldığını, lakin Ş.Zəkizadənin xəstəliyi ilə əlaqədar işlərin yarımçıq qaldığını bildirib.
Aktrisa və sosial şəbəkə izləyiciləri Ş.Zəkizadənin arzusunun onun həmkarı və dostu Kənan M.M-in reallaşdırmasını məsləhət görüblər.
A.S.
www.oxu.az