“Bir neçə gündür qara qüvvələr yenidən işə keçib. Onlar məni qaralamağa, şərləməyə çalışırlar. Bu dəfə fotoşopla düzəldilmiş şəkli mənim adıma yaymaq istəyirlər”.
Bu sözləri müğənni Səidə Sultan Oxu.Az-a açıqlamasında deyib.
İfaçı şəkli yayan media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini məhkəməyə verəcəyini söyləyib:
“İndidən xəbərdarlıq edirəm, hər hansı kütləvi informasiya vasitəsi həmin şəkli yayarsa, qanun qarşısında cavab verməli olacaq. Bu, eyni zamanda, sosial media iştifadəçilərinə də aiddir. Fotoşopla düzəldilən həmin şəkli paylaşan istənilən şəxs qanun qarşısında məsuliyyətə cəlb olunacaq”.
Aytən Sadıqzadə
www.oxu.az