“Eurovision 2016” təmsilçimiz Səmra Rəhimlinin promo-turlar çərçivəsində növbəti səfəri Maltaya baş tutub.
Oxu.Az xəbər verir ki, o, bir neçə verilişdə qonaq olub, müsahibələr verib.
Müğənni səfər zamanı dəniz sahilində maraqlı fotosessiyaya çəkilib.
Qeyd edək ki, Səmra Rəhimli mayın 10-da müsabiqənin ilk yarımfinal mərhələsində 14 nömrə altında çıxış edəcək. O, ölkəmizi müsabiqədə “Miracle” mahnısı ilə təmsil edəcək.