Amerikalı aktrisa Skarlett Yohansson əri - fransız əsilli jurnalist Romen Doriakla boşanır.
Oxu.Az New York Post-a istinadən xəbər verir ki, aktrisa boşanma barədə sənədləri Nyu-York ştatının ali məhkəməsinə martın 7-də təqdim edib.
Nəşr qeyd edir ki, Skarlett üç yaşlı qızı Rouz Doroti üzərində himayəliyi nəzarətə götürməyə çalışacaq. Doriakın maraqlarını müdafiə edən vəkil Harold Mayerson da öz növbəsində bildirib ki, onun müştərisi eyni işlə məşğul olmaq niyyətindədir.
“O qızı ilə birlikdə Fransaya köçməyi planlaşdırır, Yohansson isə çoxlu səyahət etməyi xoşlayır”, - vəkil bəyan edib.
S.Yohansson və R.Doriakın ayrılması barədə məlumatlar KİV-də yanvar ayında yayılıb. Aktrisa ABŞ prezidenti Donald Trampa qarşı yürüşdə üzüksüz görüntülənib.
Yohansson və Doriak 2014-cü ilin mart ayında ailə qurublar. Bu aktrisanın ikinci nikahı olub. Bundan əvvəl Skarlett aktyor Rayan Reynoldsla evli olub.
S.B.
www.oxu.az