Prezident İlham Əliyev mənə “marshal arts” və aykidonun Azərbaycanda inkişafıyla bağlı yeni iş təklif edib və mən buna razılıq vermişəm.
Oxu.Az xəbər verir ki, bunu Hollivud ulduzu Stiven Siqal Qafqazinfo-ya müsahibəsi zamanı bildirib.
O, “Bakıda sizi əsas heyran edən nə oldu?” sualına belə bir cavab verib:
“Prezident… O, məni heyran etdi, çünki onun mənəviyyata baxışı tam fərqlidir. Və mən Azərbaycan Prezidenti ilə tanış olduğum üçün çox xoşbəxtəm.
Sünni və şiə müsəlmanların eyni məsciddə ibadət etmələri, bir-birindən çox da uzaq olmayan xristian kilsələri və yəhudi sinaqoqları, hamının bir-biri ilə dil tapması çox xoşuma gəldi. Məncə, bura yer kürəsindəki ən yaxşı şəhərlərdən biridir”.
E.Ə.
www.oxu.az