Tanınmış türkiyəli aktyor Erdal Tosun Sarıyerdə avtomobil qəzasında dünyasını dəyişib.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Maslakdan Sarıyer istiqamətində hərəkətdə olan 34 EJ 8342 markalı avtomobilin sürücüsü idarəetməni itirərək səkiyə çırpılıb və fırlanaraq Erdal Tosunun idarə etdiyi 34 UJ 3409 markalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobilin tavan qismi çöküb və aktyor içəridə sıxışıb.

Hadisə yerinə gələn polis əməkdaşları Tosunun meyitini təxminən 1 saat müddətində oradan çıxara biliblər.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, 9 aprel 1963-cü ildə İstanbulda doğulan Erdal Tosunun atası Necdet Tosun və qardaşı Gürdal Tosun da aktyor idi. 1975-ci ildə 12 yaşında ikən atası vəfat edib. Qardaşı isə 33 yaşında dünyasını dəyişib.


Erdal Tosun Beyoğlu Fındıklı Liseyini 1980-ci ildə bitirib. Ardınca Memar Sinan Universiteti Dövlət Konservatoriyasından məzun olub.
1981-ci ildə Atif Yılmazın təklifi ilə “Mine” filmində oynayaraq kino həyatına başlayıb. “Bir demet Tiyatro” və “Ölümsüz Aşk” seriallarında rol alıb. “Vizontele”, “Vizontele Tuuba” və “Gönül yarası” adlı filmlərdə çəkilib.
Aytən Sadıqzadə
www.oxu.az