Amerika rejissoru Kventin Tarantino “The New York Times”a müsahibəsində prodüser Harvi Vaynşteynin aktrisalara qarşı təcavüzkar hərəkətlərindən uzun illərdir xəbərdar olduğunu söyləyib.
Oxu.Az xəbər verir ki, o, açıqlamasında “Mənim bu barədə məlumatım var idi, nəsə edə bilərdim. Mənim ən böyük qəbahətim budur ki, baş verənlərə əhəmiyyət verməmişəm”, - deyib.
Qeyd edək ki, Hollivudun bir çox tanınmış aktrisası H.Vaynşteyni onlara qarşı seksual zorakılıqda ittiham edib.
A.S.
www.oxu.az