Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tünzalə Ağayeva: “Həyatımı əllərimlə qurmuşam” - VİDEO
“Mən həyatımı öz əlimlə qurmuşdum. Valideynlərim izdivacıma razı deyildi”.
Bunu Baku TV-də yayımlanan “O kimdir?” verilişinin budəfəki qonağı Xalq artisti Tünzalə Ağayeva deyib.
O, sənət həyatından, keçmiş həyat yoldaşının pul müqabilində müğənni haqqında mediada tənqidi məqalələr yazdırmasından, şou-biznesdəki uğursuz ifaçılardan bəhs edib.
“Müğənnilik zənginliyi sevir. Bu sahədə kasıb artist qabağa getməyəcək. Onun arxasında yatırımçı yoxdursa, nə qədər istedadlı olsa da, bir yerdə ilişəcək”, - deyə uğurun sirrindən danışan Xalq artisti deyib.
Sənətə görə özünü fəda edənlərdən danışan müğənni onların bütün xərcləri öz üzərinə götürməyini düzgün hesab etmədiyini qeyd edib.
Sözügedən verilişi təqdim edirik:
