Müğənninin “TRT Müzik” telekanalında aparıcısı olduğu “Bir səsin cazibəsi” adlı verilişin ilk efiri uğurlu alınıb.
Oxu.Az xəbər verir ki, yeni veriliş fevral ayının 2-si Bakı vaxtı ilə gecə 01:15-də başlayıb. İlk qonaq Türkiyənin xalq və pop musiqisinin ifaçılarından olan Gülay xanım olub.
Qeyd edək ki, proqramda Tünzalə Ağayevanı 15 musiqiçidən ibarət “Ankara Kent Orkestrası” müşayiət edib.
Aytən Sadıqzadə
www.oxu.az