Bakıya səfər edən türkiyəli müğənni Soner Sarıkabadayı Röya Ayxanla işbirliklərindən danışıb.
Oxu.Az xəbər verir ki, hər iki məşhur bu haqda “Onlar”a müsahibə verib.
“Röyanın ürəyində nə varsa, üzündə də o əks olunub. Onunla yola getməmək mümükün deyil. Röya həyatımda olduğu üçün şanslıyam. Onunla işbirliyimiz davam edəcək. “O konu” adlı mahnımız var. Gözləyirik, Röya Türkiyəyə gəlib, mahnını oxusun”, -deyə Soner Sarıkabadayı bildirib.
Röya isə "Bizi bir -birimizə cox yaraşdırırlar. Dostlarım dəfələrlə deyir ki, sən elə Sonerin mahnılarını oxu. Mən onu çox sevirəm. Gözəl sənətçi və dostdur" söyləyib.
Aytən Sadıqzadə