1992-ci ildə Türkiyə gözəli seçilən model Özlem Kaymaz deputat olmaq üçün namizədliyini irəli sürüb.
Oxu.Az-ın Tükiyə KİV-nə istinadən məlumatına görə, o, artıq sənədlərini təqdim edib.
Qeyd edək ki, qısa müddət modellik edən Özlem holland iş adamı ilə ailə quraraq Hollandiyaya köçüb. 16 il sonra Türkiyəyə dönən keçmiş modelin Tara, Dante və Daniel adlı üç övladı var.