Ötən ay türkiyəli ifaçı İzzet Yıldızhanın ilk həyat yoldaşı və uşaqlarının yaşadığı Bahçeşehirdəki villasında yanğın olmuş və yararsız vəziyyətə düşmüş evdən sağ-salamat qurtulan ailə haqqındakı xəbərlər Türkiyə mətbuatını zəbt etmişdi.
Oxu.Az xəbər verir ki, ifaçı bu dəfə isə başqa bir səbəb ilə medianın diqqət mərkəzindədir.
İranlı turist Zəhra Yelda Fatihdə gəzərkən İzzet Yıldızhan avtomobili ilə onu vurub və qadının ayağı sınıb. Z.Yelda ifaçı barəsində şikayət ərizəsi ilə məhkəməyə müraciət edib.
Polis əməkdaşları hadisənin baş verdiyi məkanda kamera qeydlərini araşdırıb. Ekspert rəyində isə İzzet Yıldızhanın avtobmobil ilə dönüş edərkən səhvə yol verdiyi yazılıb.
Məhkəmədə ifaçı haqqında 2 ilə qədər həbs cəzası tələbi ilə cinayət işi açılıb.
Aytən Sadıqzadə
www.oxu.az