Türkiyənin TRT telekanalının "Tabii" platforması üçün çəkilən "Onbeşliler" serialının Tokatdakı çəkiliş meydançasında qəza baş verib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, serialın baş rol ifaçılarından biri olan məşhur aktyor İsmail Ege Şaşmaz təcili xəstəxanaya yerləşdirilib.
Çəkilişlərə fasilə verən Şaşmazın sol şəhadət barmağında sınıq olduğu aşkar edilib. İlkin müdaxilədən sonra aktyor İstanbula gəlib və Nişantaşındakı özəl xəstəxanada əməliyyat olunub. Birsaatlıq əməliyyatdan sonra həkim ona ikihəftəlik tibbi arayış verib.
Aytaç Şaşmaz da qardaşını xəstəxanada müşayiət edib.