Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vəfat edən məşhur türkiyəli sənətçi Tanyelinin vəsiyyəti məlum oldu
İki ildən çox mədəaltı vəzinin xərçəngi ilə mübarizə aparan 54 yaşlı keçmiş türkiyəli rəqqasə Tanyeli müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Tanyelinin ölümündən sonra onun vəsiyyəti yerinə yetiriləcək.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, oriyental rəqslərin məşhur ifaçısının vəsiyyətinə əsasən, Tanyeli anası - 2015-ci ildə xərçəng xəstəliyindən həyatını itirən "Yeşilçam" ulduzu Dolgun Sezerin yanında dəfn ediləcək.
Tanyelinin həyat yoldaşı İlker Sünneli bildirib ki, sənətçi martın 18-də Zincirlikuyu qəbiristanlığında qılınacaq cənazə namazından sonra Bodrum ailə qəbiristanlığında torpağa tapşırılacaq.