Xəbər verdiyimiz kimi, “Maşın” şounu tərk müğənni Günel Ələkbərova hazırda verilişdə mübarizəni davam etdirən aparıcı Vüsalə Kərimova barəsində sərt ittihamlar səsləndirib.

O, teleaparıcı haqqında Oxu.Az-a açıqlamasında “O xanımın psixoloji problemləri var, anormaldır. Oğlu yaşında insanla görüşür” kimi ifadələr söyləyib.

Oxu.Az-ın əməkdaşı ötən gün şouda iştirakçılara ayrılan fasilə zamanı V.Kərimova ilə görüşüb və G.Ələkbərovanın onun haqda söylədiyi sözlərə münasibətini öyrənib.
“O xanım haqqında danışsam, bu, onun üçün reklam olar. İnidyədək televiziyalarda görünmürdü, onun reklama ehtiyacı var. Mən bu şansı ona verməyəcəyəm”, - deyə V.Kərimova vurğulayıb.
Aytən Sadıqzadə
www.oxu.az