Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xizək kurortunda qalmaqal: "Altıncı hiss" filminin ulduzu saxlanıldı
"Altıncı hiss" ("The Sixth Sense") filminin ulduzu Heyli Coel Osment Kaliforniya ştatında saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə TMZ portalı xəbər verir.
Bildirilib ki, buna səbəb ABŞ-li aktyorun xizək kurortunda sərxoş vəziyyətdə olmasıdır. Bundan əlavə, Osmentdə müəyyən "nəzarətdə olan maddələr" aşkar edilib.
Hazırda aktyor azadlıqdadır. Ondan götürülən maddə analiz üçün laboratoriyaya göndərilib.
Mono dairəsinin prokuroru Osmentə qarşı iş qaldırılmasının məqsədəuyğunluğu məsələsini həll edir.
Materialda qeyd olunub ki, "Altıncı hiss" və "Süni intellekt" ("A.I. Artificial Intelligence") filmlərinin ulduzunun alkoqolla əlaqəli hüquq pozuntularına görə saxlanılması ilk dəfə deyil.
"Alkoqolizm (Sərxoşluq)" teqi üzrə xəbərlər
- Musiqiçi BIÇAQLA müğənninin evinə hücum çəkdi: Onu vurdu - TƏFƏRRÜAT
- Bakıda "Porsche" ilə sərxoş halda avtoxuliqanlıq edən qadın sürücü həbs olundu
- Bəzi reabilitasiya mərkəzlərində ciddi nöqsanlar aşkarlandı
- Bacısı övladının doğum gününə gedən Elşad dəhşətli qəzada həlak oldu: Hadisənin ANBAAN GÖRÜNTÜLƏRİ
- Ağsuda əsgərlik məclisində dava düşdü: Həbs olunan var