Sehrbazlar şousunda öz bacarığı ilə tamaşaçıları heyrətləndirən 35 yaşlı ekstrasens Zirəddin Rzayev yenidən ekrana qayıdacaq. Amma bu dəfə layihə iştirakçısı kimi deyil, “Ev-2”-nin sabiq iştirakçısı, 34 yaşlı model Alyona Vodonayava ilə birgə aparıcı qismində çıxış edəcək.
Oxu.Az xəbər verir ki, təşkilatçıların “Paranormallar” adlandırdıqları şouda cütlük Rusiya şou-biznesinin ulduzları da daxil olmaqla, məşhurların həyatında baş verən paranormal hadisələri müzakirə edəcək.
“Mən TV-yə qayıtmağıma sevinirəm, əsasən də, belə gözəl qızla. Bizim proqram maraqlı olacaq, çünki o mistika barədə ilk pozitiv veriliş olacaq. Belə şeyəri neqativ nöqteyi-nəzərdən müzakirə etməyə alışıblar. Biz isə paranormal anlayışlara təbəssümlə yanaşacağıq, hətta ulduzların həyatındakı mistik hadisələrdən danışacağıq”, - deyə Zirəddin Rzayev sosial şəbəkədə bildirib.
Proqramın sentyabrın axırı və ya oktyabrın əvvəlində başlayacağı gözlənilir. Çəkilişlər artıq başlayıb, hələlik yalnız ilk pilot buraxılış çəkilib.
A.S.
www.oxu.az