11 
Dek
2017
15:10
447
189
15399
Virtual karabakh

Türkiyənin məşhur mükafatı Röyanın oldu - VİDEO

11 Dek, 2017
15:10
15399

Türkiyənin məşhur mükafatı Röyanın oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Türkiyədə məşhur “Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, gecədə Azərbaycanın iki ən məşhur müğənnisi iştirak edib. "Eurovision 2011"-in qalibi Nigar Camal və Əməkdar artist Röya Ayxan "Ən parlaq ulduz" nominasiyası uğrunda mübarizəyə qatılıb.

Miri Yusifin adı siyahıda yer alsa da, o, mükafat gecəsinə qatılmayıb.

“Azərbaycanın parlaq ulduzu” nominasiyasında müğənni Röya qalib olub. Mükafatı ona aktrisa Sinem Kobal təqdim edib.

Röya "Instagram" hesabında özəl tədbirdə qalib olmağı barədə paylaşım edib: “Hər kəsi təbrik edirəm. Kimlər ki, hər zaman bəyənməyib, müzakirə edib. Onlara dərs olsun. Çox xoşbəxtəm. Mənə verdiyiniz enerjiyə görə təşəkkür edirəm”.  

E.C.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri