13 
Dek
2017
10:06
43
181
17587
yuxarı
Nigar Röya ilə qalmaqalından yazdı
13 Dek, 2017
10:06
17587
43
181
Nigar Röya ilə qalmaqalından yazdı
"Eurovison 2011"-in qalibi Nigar Camal əməkdar artist Röya Ayxanın onun haqda dediklərinə cavab verib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, Nigar sosial şəbəkədə Röyanı mükafat alması münasibətilə bir daha təbrik edərək bunları qeyd edib: “Əziz dostlar, “Altın Kelebek” mövzusu ilə bağlı nə deyibsə, canı sağ olsun. Mən bir daha təbrik edirəm. Uğurlarının ardı gəlsin. Qalmaqal mənlik deyil və bu cür söhbətlərə girmirəm. Röyanı və Röyasevərləri təbrik edirəm”.
Qeyd edək ki, müğənnilər arasındakı soyuqluq Türkiyədə keçirilən "Altın kelebek" mükafatlandırma gecəsində başlayıb. N.Camal əməkdar artisti sosial media üzərindən təbrik etsə də, Röya onun bu addımını qeyri-səmimi hesab edib.
A.M.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək