İsti yay axşamlarında Nizami küçəsini gəzməyə çıxanlar bir səsin izi ilə irəliləməyə başlayırlar. Həzin Xəzər küləyinin gətirdiyi bu səs sanki insanları səsləyir. İrəliləyirsən və insanların bir restoranın qarşısına yığışdığını görürsən. Bu kiçik məkanın qarşısında azərbaycanlılar və turistlər iki sevgilini – Rizvan və Röyanı dinləyir.
Əllərindəki telefonda onları çəkməyi unutmayan dinləyicilər standart Azərbaycan tamaşaçısından fərqli olaraq alqışlamağı sevir. Rizvanın gitarayla müşayiəti və Röyanın səsi onları öz ağuşuna alır. Gah nostalji yaşayırlar, gah da xəyallara dalırlar.
Biz də biganə qala bilməyib, sevgililər günündə doqquz ildir sevgili olan bu cütlüyü sizinlə tanış etmək qərarına gəldik.
Oxu.Az gənc musiqiçilər Rizvan Əliyev və Röya Miriyevanın müsahibəsini təqdim edir:
Doqquz illik sevgi hekayəsi: İnsanlar onların başına yığışır – FOTO/VİDEO
Pərviz Hüseyn
FOTO/VİDEO: Aygün Rəşidova
www.oxu.az
Rəylər