24 
Sen
2018
09:20
66
192
15464
Virtual karabakh

Oksana süni mayalanma ilə ana olmasına aydınlıq gətirdi - FOTO

24 Sen, 2018
09:20
15464

Oksana süni mayalanma ilə ana olmasına aydınlıq gətirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqqasə Oksana Rəsulova süni yolla uşaq dünyaya gətirməsilə bağlı açıqlama verib.

Oxu.Az-ın xəbərinə görə, o, “Instagram” hesabında bildirib ki, süni mayalanma ilə doğulan uşaqlar atasız sayılmır.

“İllərdir ki, Azərbaycanda sonsuzluğa qarşı olan, övlad həsrəti ilə yaşayan insanlar üçün heç bir müalicə kömək etmədiyi halda – XXI əsrin öndə gedən tibb proseduru süni mayalanmadır. Hazırda qadın sonsuzluğu ilə bərabər, kişi sonsuzluğu da geniş yayılıb və bir çox ailələr məhz süni mayalanma üçün həkimlərə müraciət edirlər.

Yəni, demək istəyirəm ki, süni mayalanmadan olan uşaq bəzilərinin başa düşdüyü kimi, atasız olmur, hər bir uşağın atası var. Vay o günə ki, uşaq atası yanında ola-ola atasız qalsın, belə şeylərdən qorxun, yazın, danışın ki, olmasın! Ona görə də “Süni mayalanmadan olan uşaq atasızdır” kimi fikirlər söyləməyin, günahdır, körpələrin haqqına girməyin. Süni mayalanma nikahlı ailələrə də edilir! Göydə Allah, yerdə isə peşəkar həkimlər...

Və təbii ki, yanında olan, sənə ürək-dirək verən ailən. Allah arzularınıza və saf niyyətlərinizə çatdırsın”.

Qeyd edək ki, Oksana hər kəsdən gizlətsə də, onun süni mayalanma yolu ilə oğlu dünyaya gəlib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri